Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya 2:0 hesabı ilə uduzandan sonra məğlub komandanın baş məşqçisi Vinçentso Montella açıqlama verib.
“İki sahil” xəbər verir ki, Montella oyunun gözlənildiyindən fərqli keçmədiyini bildirib.
"Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçməyib", - o bildirib və əlavə edib ki, rəqib əks-hücumlardan yaxşı yararlanıb:
"İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri almağa başlayarıq.
Növbəti oyunda daha yaxşısını edəcəyik".
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB