Almaniya milli komandasının futbolçuları 2026-cı il dünya çempionatına azarkeşlərinin yol xərclərini qarşılamaq qərarına gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.
Məlumata görə, yığmanın daxili iclasında azarkeşlərə dəstək nümayiş etdirmək məqsədilə iyunun 25-də Ekvadorla baş tutacaq qrup mərhələsinin son matçı üçün onların böyük bir qisminin səfər xərclərinin ödənilməsi qərara alınıb. Bu təşəbbüslə komandanın kapitanı Coşua Kimmiç çıxış edib. Almaniya Futbol İttifaqı (DFB) da oyunçuların bu addımını tam dəstəkləyib.
Bildirilir ki, biletlər xüsusi lotereya vasitəsilə azarkeşlər arasında bölüşdürüləcək. Lotereyanın şərtləri və detalları barədə məlumat artıq milli komandanın rəsmi fan-klubunun bütün üzvlərinə göndərilib.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB