Misirin "Zamalek" klubu növbəti dəfə FİFA sanksiyası ilə üzləşib.
“İki sahil” xəbər verir ki, "Goal.com" nəşrinin məlumatına görə, FİFA klubun ardıcıl üç transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirməsinə qadağa qoyub. Buna səbəb sabiq fələstinli hücumçu Ömər Fərəcə olan təxminən 1 milyon 761 min dollarlıq borcun hələ də ödənilməməsidir.
Məlumata görə, maaşını ala bilməyən futbolçu ötən ilin fevralında müqaviləsini birtərəfli qaydada ləğv edərək İsveçin "Halmstad" klubuna keçib. Hazırda "Zamalek"in FİFA-da baxılan və transfer qadağasına səbəb olan işlərinin sayı 17-yə çatıb.
Maliyyə problemlərinə baxmayaraq klub ötən mövsüm Misir çempionu olub və CAF Kubokunda finala yüksəlib. Qahirə təmsilçisi həlledici oyunda Əlcəzairin "Əlcəzair" klubuna penaltilər seriyasında uduzub.
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı keçirilib
Azərbaycan İdman Akademiyasında Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib