09 iyun 2026 21:24
113

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

“Qarabağ”ın 2026/2027-ci illər mövsümünə hazırlıq planı bəlli olub.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, iyunun 10-da Bakıda bir araya gələcək Ağdam təmsilçisi hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi Tirol əyalətində olacaq və iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qarabağ” iyunun 27-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çıxacaq. Komanda əvvəlcə Ukraynanın “Metallist”, ardınca isə Macarıstanın "Ferensvaroş" klubu ilə üz-üzə gələcək. Matçlar müvafiq olaraq, saat 15:00 və 20:00-da start götürəcək.