İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Dünya Millətlər Kuboku start götürəcək. Ənənəvi keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi də mübarizə aparacaq.
U-17 komandamızın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev Vrbasda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) şans verəcəklər.
“İki sahil” xəbər verir ki, bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Komandaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov rəhbərlik edəcək.
Yarışda final döyüşləri iyunun 14-də olacaq. Ölkəmizi turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB