Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“İki sahil” xəbər verir ki, mərasim “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində baş tutub.
Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycandakı Baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar.
Mərasim zamanı tərəflər arasında əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi və idman hərəkatının dəstəklənməsinə yönəlmiş təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub. Müqavilənin Milli Olimpiya Komitəsi ilə “Visa” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi bildirilir.
Çingiz Hüseynzadə MOK ilə “Visa” şirkətinin 2023-cü ildən əməkdaşlıq etdiyini söyləyib. O, ölkə idmanının ildən-ilə inkişaf etdiyini vurğulayıb: “Bunun nəticəsi olaraq minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın Bratislava şəhərində təşkil edilən Avropa çempionatında birinci oldu. Həmçinin qadınlardan ibarət 3x3 basketbol millimiz dünyada dördüncü oldu. Ümid edirəm ki, “Visa” ilə əməkdaşlıq “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına kimi davam edəcək”.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB