İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.
“İki sahil” yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bildirib.
"Cümə gününə qədər biz hələ yenidən sayım aparacağıq, düzəliş mərhələləri olacaq. Bundan sonra şikayət və ərizələr qiymətləndiriləcək. Artıq iyunun 14-də yekun nəticələr açıqlanacaq", - o qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 % səsini toplayıb.
İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 % səs alıb.