Şotlandiyada 2026-cı il dünya çempionatı ilə bağlı ilk oyun günü qeyri-iş günü elan olunub.
“İki sahil” xəbər verir ki, "Sun" nəşrinin məlumatına görə, kral III Çarlz Şotlandiya millisinin Haiti ilə keçirəcəyi ilk matç gününün rəsmi istirahət günü elan olunmasına razılıq verib.
Qərar birinci nazir Con Suinninin təşəbbüsü ilə qəbul olunub. Məqsəd azarkeşlərin matçı rahat izləməsi və növbəti gün işə adaptasiyasının asanlaşdırılmasıdır.
Qeyd edək ki, Şotlandiya 1998-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək və qrupda Haiti, Mərakeş və Braziliya ilə qarşılaşacaq.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB