Kişilərdən ibarət Azərbaycan Tennis üzrə yığma komandası “Davis Cup” turnirində iştirak etmək məqsədilə Moldovaya yola düşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Orxan Manaflı və koordinator Yalçın Manaflının rəhbərliyi altında yarışda ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər. Tennisçilərimiz Davis Cup turnirinin III qrupunda mübarizə aparacaqlar. Yarışlar 10–13 iyun tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək.
Yığma komandamıza uğurlar arzulayırıq!
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB