Avropa İttifaqı (Aİ) Şurası Hörmüz boğazının blokadası ilə bağlı İranın bəzi vətəndaşları və qurumlarına qarşı sanksiya tətbiq edib, İslam Respublikası isə bu addımı qanunsuz sayır.
“İki sahil” xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında məhdudiyyətlərə etiraz edib.
"Bu gün Avropa İttifaqı Şurası saxtakar bir addımla Hörmüz boğazı ilə əlaqədar bəzi İranlı şəxslərə və qurumlara qarşı qondarma sanksiyaları təsdiqləyib. İttifaqa üzv dövlətlər İran xalqının hüquqlarının əsas pozucularıdır və Aİ həmçinin müharibə aktı hesab olunan ABŞ-nin İrana qarşı dəniz blokadasına qəsdən susub", - o bildirib.
Onun sözlərinə görə, İran Avropanın bu addımına əhəmiyyət vermir və Hörmüz boğazı üzərində suverenliyi qoruyub saxlamaq strategiyasını davam etdirəcək.
امروز شورای اتحادیه اروپا در یک اقدام مزورانه، به اصطلاح تحریم هایی را علیه برخی افراد و نهادهای ایرانی در ارتباط با تنگه هرمز تصویب کرد. این در حالی است که کشورهای عضو اتحادیه خود از ناقضان بزرگ حقوق ملت ایران هستند و اتحادیه در برابر محاصره دریایی آمریکا علیه ایران که یک اقدام…
— Gharibabadi (@Gharibabadi) June 8, 2026