Azərbaycan Atıcılıq Federasiyası (AAF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokuna yekun vurulub.
“İki sahil” AAF-a istinadla bildirir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin ən güclü stend atıcılarını bir araya gətirib. Beş gün davam edən turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar.
Səngər stendi – Ümumi kateqoriya
1. Ramil Rüstəmzadə
2. Mürtəza Novruzlu
3. Tamerlan Məmmədov
Dairəvi stend – Ümumi kateqoriya
1. Riqina Meftahətdinova
2. Niyaz Ağazadə
3. Fuad Qurbanov
Səngər stendi – U-21
1. Mürtəza Novruzlu
2. Cəlal Məmmədov
3. Nərmin Cəfərova
Dairəvi stend – U-21
1. Məhəmməd Teyublu
2. İslam Əjdərov
3. Aslan Qurbanov
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB