Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə start verilib.
“İki sahil” xəbər verir ki, ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir. Birinci turda təmsilçimiz Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gələrək yarışda ilk xalını qazanıb. Qeyd edək ki, turnirin “Challenge” bölməsində ölkəmizin iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.
Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB