Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha bir medal qazanıb. Gültac Məmmədəliyeva (52 kiloqram) bürünc medala sahib çıxıb. Cüdoçu üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.
Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kiloqram) gümüş, Madina Kaisinova (+78 kiloqram) isə bürünc medal əldə etmişdi.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB