08 iyun 2026 08:54
187

Filippində güclü zəlzələ olub - VİDEO

Filippin sahillərində 8,1 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 697.000 əhalisi olan General-Santos şəhərindən 51 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.

Filippin Mülki Aviasiya İdarəsi (CAAP) zəlzələ və sunami xəbərdarlığı səbəbindən General Santos hava limanının fəaliyyətini müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Ölkə Prezidenti Ferdinand Markos yeraltı təkanlardan sonra Mindanaonun bəzi ərazilərində dərslərin dayandırılmasını əmr edib. Dövlət başçısı dövlət qurumlarına fəlakətlərin nəticələrinin aradan qaldırılması səylərini əlaqələndirməyi, humanitar yardımın göstərilməsini və təxliyə mərkəzlərinin fəaliyyətini təmin etməyi tapşırıb. Yerli hakimiyyət orqanları zəlzələ nəticəsində hər hansı bir xəsarət və ya mümkün tələfat barədə məlumat verməyib.

Zəlzələdən sonra 1 metrə qədər sunami xəbərdarlığı verilən Yaponiyanın bir neçə bölgəsindəki sahil ərazilərində yaşayan on minlərlə sakinə ərazidən təxliyə edilmələri tövsiyə edilib.