Dünya çempionatında milli komandalarla yanaşı, klublar da maliyyə qazancı əldə edəcək.
“İki sahil” xəbər verir ki, FİFA ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda iştirak edən futbolçularına görə klublara ümumilikdə 265 milyon funt sterlinq kompensasiya ödəyəcək.
“Klub Müavinətləri Proqramı” çərçivəsində klublar hər oyunçuya görə gündəlik 3730 funt sterlinq alacaq. Qrup mərhələsində mübarizəni dayandıran futbolçular klublarına təxminən 119 500 funt sterlinq, finala qədər gedənlər isə 212 900 funt sterlinq qazandıracaq.
Bu mexanizmə görə “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” kimi klubların turnir müddətində milyonlarla funt gəlir əldə edəcəyi gözlənilir.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB