Bosniyalı mütəxəssis Vladimir Petkoviç Əlcəzair milli komandası ilə yeni müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb. Yeni razılaşmanın şərtlərinə əsasən, 62 yaşlı mütəxəssis yığmanı 2028-ci ilin iyuluna qədər çalışdıracaq.
Qeyd edək ki, Petkoviç Əlcəzair millisinə 2024-cü ildən rəhbərlik edir. Milli komanda onun rəhbərliyi altında 2025-ci ildə keçirilən Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə qədər irəliləməyi bacarıb.
Qarşıdan gələn dünya çempionatının qrup mərhələsində Əlcəzair kollektivi Argentina (17 iyun), İordaniya (23 iyun) və Avstriya (28 iyun) yığmaları ilə mübarizə aparacaq.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB