Seneqal millisinin üzvü İsmail Yakobs “Qalatasaray”dan ayrılacaq.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi DÇ-2026-dan sonra İstanbul təmsilçisini tərk etməli olacaq.
Afrikalı futbolçuya “Yuventus”dan təklif gəlib. Onlar “Qalatasaray”ın tələb etdiyi məbləği ödəməyə hazırdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. Məsələ orasındadır ki, Yakobs özü Türkiyə çempionunun heyətində qalmaq niyyətindədir. İsmailin “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, “Köln”, “Monako”də oynadıqdan sonra 2024-cü ildə “Qalatasaray”a keçib.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB