PSJ-nin 23 yaşlı cinah oyunçusu Bredli Barkola klub rəhbərliyi ilə müqavilə müddətinin artırılması ilə bağlı danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, Avropanın aparıcı klubları vəziyyəti yaxından izləyir və oyunçunun Paris klubu ilə danışıqlarında hər hansı bir çətinlik yaranarsa, dərhal ona rəsmi təklif irəli sürəcək.
Transfermarkt oyunçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Ötən mövsüm Barkola bütün yarışlarda 49 oyunda iştirak edib, 13 qol vurub və yeddi məhsuldar ötürmə edib.
Onun Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Fransızın xidmətində Avropanın iddialı klubları maraqlıdır.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB