İtaliyanın "Latsio" klubu növbəti mövsümdə ev oyunlarında azarkeş dəstəyindən məhrum olmaq təhlükəsi ilə üz-üzə qalıb.
“İki sahil” xəbər verir ki, Roma klubunun ən böyük azarkeş qruplaşması bununla bağlı xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, tərəfdarlar A Seriyası və İtaliya Kuboku çərçivəsində keçiriləcək ev oyunlarına getməkdən birmənalı şəkildə imtina edəcəklər.
Boykotun əsas səbəbi kimi klub rəhbərliyindən, xüsusən də "Latsio"nun prezidenti və sahibi Klaudio Lotitodan olan narazılıq göstərilir. Qeyd edək ki, italiyalı funksionerə qarşı daha əvvəl də bu cür etiraz aksiyaları təşkil olunub.
Məlumata görə, paytaxt təmsilçisinin azarkeşləri klubun yürütdüyü transfer siyasətindən, komandaya yatırılan investisiyaların çatışmazlığından və bilet qiymətlərinin bahalığından kəskin şəkildə narazıdırlar.
Xatırladaq ki, başa çatan A Seriyası mövsümündə "Latsio" turnir cədvəlini 9-cu pillədə başa vurub və bununla da ardıcıl ikinci dəfə avrokuboklara vəsiqə qazana bilməyib.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB