7–13 iyun tarixlərində Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatı keçiriləcək.
“İki sahil” federasiyaya istinadla xəbər verir ki, turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edəcək.
Çempionatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Nigeriya, Niger, Çili, Uruqvay və Küveyt komandaları mübarizə aparacaq.
Dünya çempionatı çövkən ənənələrinin beynəlxalq səviyyədə tanıdılması, idman əlaqələrinin inkişafı və qədim atüstü oyunun dünya miqyasında təşviqi məqsədi daşıyır. Yarış həftəsi ərzində tamaşaçıları yüksək rəqabət, milli ənənələr və unudulmaz idman atmosferi gözləyir.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB