“Şamaxı”da daha bir ayrılıq gerçəkləşib.
“İki sahil” xəbər verir ki, bölgə təmsilçisi Alfons Mabula Msanqa ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Bununla da "Şamaxı"dan ayrılan futbolçların sayı 17-ə çatıb. Son iki həftə ərzində Ravil Qafarov , Bilal İsmayılov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike də komandadan gedib.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB