Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi Vətənə qayıdıb.
Tarixində ikinci dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığma Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.
Qarşılanma mərasimində azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və media nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Qeyd edək ki, "Bizim uşaqlar" 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
AZƏRTAC
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB