Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, milli komandanın minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan federasiyaya 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan minifutbol yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən turnirin finalında Ukrayna yığmasına 2:0 hesabı ilə qalib gələrək ikiqat Avropa çempionu olub.
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır