Milli komandalar mötəbər yarışlara bölgələrdə hazırlaşır. “İki sahil” xəbər verir ki, Güləş üzrə milli komandalarımız bölgələrdə təlim-məşq toplanışı keçir.
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan U17 sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz fərqli məkanlarda hazırlaşır. Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa daxil olan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaq. Yunan-Roma güləşçilərimizin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanış isə 1-11 iyun tarixlərini əhatə edir.
U20 yaş qrupu üzrə yığmalarımız iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır. Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq.
Böyüklərdən ibarət sərbəst güləş üzrə millimiz isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi iyunun 20-dək davam edəcək.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB