İyunun 4-də İtaliyanın paytaxtı Roma şəhərində parataekvondo üzrə Roma Qran-Prisi keçirilib.
“İki sahil” xəbər verir ki, ən yüksək reytinqli parataekvondoçuların mübarizə apardığı turnirdə ölkəmizi K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil ediblər. Sabir Zeynalov 1/4 final mərhələsində braziliyalı Fabricio Souza, yarımfinalda türkiyəli Ali Can Özcan, finalda isə cənubi koreyalı Pyeonggang Lee üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb. İmaməddin Xəlilov isə 1/4 finalda taylandlı Tanapan Sotthisetə qalib gəlsə də, yarımfinalda italiyalı Antonino Bossolo ilə qarşılaşmada mübarizəni dayandırıb və turniri bürünc medalla başa vurub. Parataekvondoçularımız yarışa baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qatılıblar.
Qeyd edək ki, Roma Qran-Prisində əldə olunan nəticələr idmançılara Los-Anceles-2028 Yay Pralimpiya Oyunları üçün reytinq xalları qazandırıb
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB