ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində iki narkotik alverçisi öldürülüb.
"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birgə əməliyyat qrupu iyunun 3-də gəmiyə zərbə endirib. Kəşfiyyat onun Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət etdiyini və narkotrafikin həyata keçirilməsi üçün tətbiq olunduğunu təsdiqləyib", - məlumatda bildirilib.
Əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb.