Futbol üzrə dünya çempionatına hazırlaşan Türkiyə millisi yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, "ay-ulduzlular" İstanbulda Şimali Makedoniya seçməsi ilə qarşılaşıb. "Şükrü Saraçoğlu" stadionunda oynanılan görüş qardaş ölkə yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Orkun Kökçü, Can Uzun, Dəniz Gül və Barış Alpər Yılmaz vurublar.
Vinçenzo Montellanın başçılıq etdiyi komanda DÇ-2026 öncəsi son sınaq matçını iyunun 7-də Venesuela yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvay kollektivləri ilə qarşılaşacaq.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB