Azərlotereya və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, Sabah BK-nın təşəbbüsü ilə həyata keçirilən “Basketbol hər yerdə!” layihəsinin ilk meydançası artıq istifadəyə verilib!
“İki sahil” xəbər verir ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında baş tutan açılış tədbirində Sabah BK basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak edərək azarkeşlərlə görüşüblər. "Sabah" Basketbol Klubu və "Azərlotereya" ASC-nin birgə əməkdaşlığı ilə həyata keçirilən "Basketbol hər yerdə!" layihəsi, basketbol meydançalarını yaşadığınız ərazilərə və həyətlərə daşımaq məqsədi daşıyır.
Layihənin məqsədi basketbol idman növünü kütləviləşdirmək, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinə təşviq etməkdir.