30 may 2026 11:25
99

Güclü külək Bakıda 41 ağacı sındırıb

Dünən axşam saatlarından əsən güclü külək nəticəsində Bakıda 41 ağac sınıb, 64 ağacın budaqları zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yayıb.

Məlumata görə, səhərə qədər və hazırda Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları sınan ağacların götürülməsi və budaqların budanması ilə məşğuldur.

"Hazırda işlər davam edir. Bir neçə saata işlərin yekunlaşması nəzərdə tutulub", məlumatda qeyd edilib.