Dubayda dünyanın ən hündür tikilisi olan “Bürc-Xəlifə” qülləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rənglərinə bürünüb.
“İki sahil” xəbər verir ki, son illərdə artıq ənənə halını alan bu möhtəşəm hadisə bu il də dünyanın ən hündür binasında təkrarlanıb.
Bayrağımızın məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik missiyalarının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb