25 may 2026 12:50
103

AQTA rəsmisi: Zoogigiyenik tələblərə cavab verməyən yerlərdə heyvan kəsimi azalıb

Azərbaycanda zoogigiyenik tələblərə cavab verməyən yerlərdə heyvanların saxlanılması və kəsilməsində hər il azalma müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qurumda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əhali arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsi də bu sahədə müsbət dinamikaya təsir edir:

"Sanitariya qaydalarına əməl olunmayan bəzi yerlərdə heyvan kəsimləri və satışı aşkarlanıb. Bu yerlərin fəaliyyəti məhdudlaşdırılıb".