Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı paylaşdığı videonun üzərində yazıb:
"İqlim dəyişikliklərinin təsirləri və havanın şıltaqlıqlarına baxmayaraq, WUF13 genişmiqyaslı mətbuat konfransı ilə start götürür. Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır. 40.000-dən çox iştirakçı ilə indiyədək keçirilmiş ən böyük WUF".
Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir