17 may 2026 22:22
114

Çin "SpaceSail" rabitə peyklərinin doqquzuncu qrupunu orbitə çıxarıb

Çin "Shanghai Spacesail Technologies" şirkətinin "SpaceSail" qütb orbitli rabitə peyklərinin doqquzuncu qrupunu uğurla buraxıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 18 internet peykinin buraxılışı bazar günü gecəyə doğru Vençan kosmodromunun (cənubdakı Xaynan əyaləti) kommersiya meydançasından CZ-8 ("Çançjen-8") daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

Başlığının diametri 4 metr olan yeni nəsil maye yanacaqlı üçpilləli CZ-8 raketinin uzunluğu 50 metrə çatır. O, aşağı Yer orbitinə 7,6 tona qədər (keçid geostasionar orbitə - 2,5 tona qədər) faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.

Bu, genişzolaqlı internet bağlantısı xidmətləri göstərmək üçün nəzərdə tutulan "Spacesail Constellation" orbital qrupunun tərkibinə daxil olan artıq doqquzuncu aparat qrupudur. İndi orbitdə 162 belə peyk var.