16 may 2026 15:15
121

Pyatiqorskda YDM-də qaz tankeri partlayıb, iki nəfər xəsarət alıb

Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin yüklənməsi zamanı partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti şəhər rəhbəri Dmitri Voroşilova istinadən məlumat yayıb.

"Qaz tankerinin boşaldılması zamanı partlayış və ardınca yanğın baş verib. Bütün qüvvə və vasitələr vəziyyətin həlli üçün səfərbər edilib. Mən də hadisə yerindəyəm", - o qeyd edib.

Bİldirilib ki, partlayış pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı deyil.

Ehtimal olunur ki, partlayışın səbəbi təhlükəsizlik texnikasının pozulması olub.

Stavropol diyarı hökumətinin rəhbəri Vladimir Vladimirov öz növbəsində bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.