14 may 2026 20:37
92

Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Olena Kolubaya 0:10 hesabıyla uduzaraq fəxri küsünün ikinci pilləsini tutub.

Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq.