Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib.
Dəmir yolunun inşa edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək”.
Yeni Azərbaycan Partiyasının nümayəndələri Böyük Birlik Partiyasının 13-cü qurultayında iştirak ediblər - FOTO
“Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi yeni reallığın, yeni tarixin uğurudur - RƏY
Türkiyə və Gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib - Ceyhun Bayramov