Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluya qardaşına edilən hücumla bağlı zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!", - deyə o qeyd edib.
Xatırladaq ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. İş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, reanimasiyadadır.
Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB