05 may 2026 13:24
87

"Arsenal" - "Atletiko" oyununu yayımlayacaq kanallar

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) matçına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

“İki sahil” xəbər verir ki, görüş Azərbaycanda "İctimai TV", Türkiyədə isə TRT-1 telekanalında nümayiş olunacaq.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.