02 may 2026 01:40
74

Gəncədə “Chevrolet” mopedlə toqquşdu - 17 yaşlı oğlan öldü

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma başlanılıb.

“Qafqazinfo”