Böyük qayıdış uzun bir yoldur. Nəticəsi isə hər birimizi sevindirir.
Bu proses illərlə torpaq həsrəti ilə yaşamış ahıl vətəndaşlarımızdan işğaldan azad olunmuş ərazilərimizdə həyata göz açan körpələrədək hər birimizin taleyinə yazılmış tarixi mərhələdir. Eyni zamanda yaddaşın, kimliyin, milli ruhun yenidən dirçəlişidir.
Böyük qayıdış yalnız qayıtmaq deyil, həm də qalmaq məsələsidir. Qalmaq üçün isə iş, bacarıq, maddi imkan lazımdır.
“İki sahil” xəbər verir ki, REAL TV-nin "Obyektiv" verilişində bu dəfə işğaldan azad olunmuş ərazilərimizdə dayanıqlı məskunlaşmanın təmin edilməsi məqsədilə həyata keçirilən məşğulluq tədbirlərindən danışırılır.