ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün yüksək şansların olduğunu düşünürəm.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində bildirib.
“Sazişin konsepsiyası artıq hazırdır. Hesab edirəm ki, bunu həyata keçirmək üçün çox yaxşı imkanımız var”, – deyə portalın müxbiri Barak Ravid onun sözlərindən sitat gətirib.