19 aprel 2026 16:37
122

Naxçıvanda 2 avtomobil toqquşub, 1 nəfər yalanıb

Naxçıvan şəhərində xəsarətlə nəticələnən qəza baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsi ilə Əziz Əliyev küçəsinin birləşməsində qeydə alınıb. Belə ki, 75-BP-194 dövlət nömrə nişanlı "İbiza" markalı avtomobillə 69-BF-438 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəsətəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.