18 aprel 2026 16:50
120

Deputat: Türkiyə Böyük Millət Məclisi TÜRKPA-nın fəaliyyətinə dəstəyi davam etdirməyə hazırdır

Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Zafer Sırakaya ilə görüşüb.

TÜRKPA-dan “İki sahil”ə bildirilib ki, görüş zamanı tərəflər parlamentarilərin rolu və siyasi partiyaların qardaş dövlətlər arasında əməkdaşlığın təşviqinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar. Həmçinin TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsindəki rolu, üzv dövlətlərin deputatlarının türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr müzakirə olunub. Baş katib Z.Sırakayaya TÜRKPA-nın bu istiqamətdəki fəaliyyəti barədə məlumat verilib.

Deputat Z.Sırakaya rəhbərlik etdiyi partiyanın və Türkiyə Böyük Millət Məclisi üzvlərinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək, təşkilatın işinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.