17 aprel 2026 20:57
126

"Tasnim": İran ABŞ-nin blokadası səbəbindən boğazın mümkün bağlanması barədə xəbərdarlıq edib

ABŞ dəniz blokadasını davam etdirərsə, İran Hörmüz boğazını yenidən bağlaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, boğazla bağlı məsələ bir sıra razılaşmaların icrasından və Livanda atəşkəs rejiminə riayət olunmasından asılıdır. Qeyd olunur ki, dəniz blokadası davam edəcəyi təqdirdə bu, atəşkəsin pozulması kimi qiymətləndiriləcək və bundan sonra boğaz vasitəsilə hərəkət bağlana bilər.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Hörmüz boğazından keçmək üçün müəyyən şərtlər qüvvədə qalır. Belə ki, xarici hərbi gəmilərin, eləcə də "düşmən ölkələr"lə əlaqəli gəmilərin keçidi qadağandır. İrana "düşmən" olan ölkələrdən yüklərin daşınması qadağan edilib.

Boğazdan keçid İran hərbçiləri ilə əlaqələndirilməlidir və yalnız ciddi şəkildə müəyyən edilmiş marşrutlar üzrə mümkündür.