Bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələr davam edir, gərginlik artır, böhranlar dərinləşir və bərabərsizliklər genişlənir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. S. Qafarova bildirib ki, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir: "Parlamentlərarası İttifaq qlobal idarəetmədə səsimizin daha güclü eşidilməsində böyük rol oynayır".
Sonda Sahibə Qafarova bir daha qeyd edib ki, səylər əməkdaşlıq, dialoq və çoxtərəflilik prinsipləri ilə istiqamətləndirilməlidir: "Yalnız birgə fəaliyyət vasitəsilə daha sülhsevər və ədalətli dünya qurmaq mümkündür".
TÜRKPA-ya üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü baş tutub
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir - TƏHLİL
Sahibə Qafarova: Rusiya və Azərbaycan qanunverici orqanları arasında çox səmərəli əməkdaşlıq qurulub