16 aprel 2026 21:06
178

Rövşən Nəcəf Aşqabadda konfransda iştirak edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Aşqabad şəhərində keçirilən "Türkmənistan – Çin Xalq Respublikası: qaz sahəsində strateji tərəfdaşlığın 20 ili" mövzusunda elmi-praktiki konfransda iştirak edib.

“İki sahil” xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Konfrans çərçivəsində qaz sektorunun inkişaf perspektivləri, enerji təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq imkanları üzrə maraqlı fikir mübadiləsi aparılıb", - R. Nəcəf bildirib.