16 aprel 2026 20:09
153

İsrail və Livan arasında 10 günlük atəşkəs elan edildi

ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Livan və İsrail liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər", - Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, o, ölkənin vitse-prezidenti Cey Di Vensə və dövlət katibi Marko Rubioya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynlə birgə davamlı sülhə nail olmaq üçün İsrail və Livanla işləməyi tapşırıb.