17 aprel 2026 14:16
158

Həyatda məqsədinin olmaması daxili boşluq və motivasiya itkisi yaradır - Psixoloq Təranə Paşayeva

Həyatda məqsədinin olmaması insanlarda tez-tez daxili boşluq hissi və motivasiya itkisinə səbəb olur. 

Bu barədə psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə hallarda böyük hədəflərdən çox kiçik və real məqsədlərə fokuslanmaq daha effektivdir. Öz dəyərlərini müəyyən etmək isə insanın nəyin onun üçün daha vacib olduğunu anlamasına və düzgün istiqamət tapmasına kömək edir.

Psixoloq qeyd edib ki, müxtəlif fəaliyyətləri sınamaq özünü tanımaq baxımından faydalıdır. Rutinin qorunması və fiziki aktivlik psixoloji dayanıqlılığı gücləndirir, eyni zamanda insanın emosional sabitliyinə müsbət təsir göstərir.

Təranə Paşayeva həmçinin vurğulayıb ki, özünü başqaları ilə müqayisə etməmək vacibdir. Bu mərhələni bir axtarış prosesi kimi qəbul etmək insanı daha sabit və balanslı saxlayır.

Yaqut Ağaşahqızı, “İki sahil”