Türkiyənin Zonquldağ şəhərində polis məktəbə hücum etməklə hədələyən lisey şagirdini saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, 17 yaşlı yeniyetmə Votsapda təhdid mesajları yayıb:
“Hüquq-mühafizə orqanları dərhal araşdırma aparıb və şagirdi saxlayıb. Evində aparılan axtarışlar zamanı 6 ədəd boş tapança patronu müsadirə edib. Yeniyetmə ifadəsində patronları kənddən xatirə olaraq gətirdiyini və mesajları zarafat kimi göndərdiyini qeyd edib. Həmçinin onun əvvəllər sinifdə fişəng atdığına görə başqa bir məktəbdən qovulduğu məlum olub”.
Qeyd edək ki, 14 apreldə Şanlıurfa, 15 apreldə isə Qəhrəmanmaraş məktəbində atışma baş verib. Qəhrəmanmaraş məktəbində 8-ci sinif şagirdi 9 nəfəri öldürüb, daha sonra isə intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb.