Macaristanın yeni hakimiyyətinin Nikola Qruevski ilə bağlı mümkün ekstradisiya qərarı Balkan siyasətində diqqət çəkən yeni mövzuya çevrilib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Macarıstanda keçirilən son seçkilərdə qalib gələn Peter Madyarın lideri olduğu “Tisza” partiyası ölkənin gələcək hökumətinin bu məsələyə yenidən baxa biləcəyini bildirib. O, Şimali Makedoniyanın rəsmi şəkildə tələb irəli sürməsi halında Gruevskinin təhvil verilməsinin istisna olunmadığını qeyd edib.
Şimali Makedoniyanın keçmiş baş naziri Nikola Qruevski 2018-ci ildə ölkədən qaçaraq Budapeştdə sığınacaq almışdı. Ona siyasi sığınacaq verilməsi Macarıstanın baş naziri Viktor Orban ilə yaxın münasibətləri səbəbindən ciddi beynəlxalq müzakirələr doğurmuşdu.
İndi isə əsas sual ondan ibarətdir ki, Şimali Makedoniyadakı hazırkı siyasi hakimiyyət Qruevskinin ekstradisiyası üçün rəsmi müraciət edəcəkmi və bu müraciət yeni Macarıstan hökuməti tərəfindən qəbul ediləcəkmi.
Bu məsələ həm hüquqi, həm də siyasi baxımdan həssasdır, çünki burada siyasi sığınacaq statusu, beynəlxalq ekstradisiya qaydaları, iki ölkə arasında siyasi münasibətlər kimi faktorlar bir-biri ilə toqquşur.
Nikola Qruevski 2006-cı ildən 2016-cı ilə qədər on il Şimali Makedoniyanın baş naziri vəzifəsində çalışmışdır. Seçkilərdə məğlubiyyətindən və müxalifətə keçdikdən bir neçə il sonra, baş nazir vəzifəsində çalışarkən qanunsuz olaraq 600.000 avro dəyərində zirehli Mercedes aldığına görə iki il həbs cəzasına məhkum edilmişdir. Lakin 2018-ci ilin yazında həbs olunmazdan bir az əvvəl keçmiş baş nazir yoxa çıxıb və bir neçə gün sonra Budapeştdə olduğu məlum olub. Sonradan məlum olub ki, onu gizli şəkildə Macarıstan diplomatik nömrə nişanlı avtomobillə aparıblar. Tezliklə Nikola Qruevski Macarıstandan siyasi sığınacaq alıb.